Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi.

Gənclik bir millətin
yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin
daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Gənclərimizin vətənpərvər ruhunda tərbiyə olunması mənsub
olduğumuz xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin bir növ rəhnidir. Bu
gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi,
doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi
kimi qoruyub saxlayır və yaşadır.1993-cü ildən - Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından etibarən gənc nəslə xüsusi diqqət dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin Vətənə sədaqət
ruhunda tərbiyə edilməsi Ümumilli Liderin azərbaycançılıq ideologiyasının mühüm
istiqamətlərindən biridir. Son 33 ildə hər bir Azərbaycan gənci öz həyat yolunu
müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməkdədir.Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev həmin ənənəni layiqincə davam etdirməsi nəticəsində
ölkəmizin gənclər siyasətində çox ciddi uğurlara imza atıldı. Cəmiyyətin bütün
sferalarında gənclər irəli çəkildilər, xaricdə təhsil almağa göndərildilər, mədəniyyətdən
sosial həyata, iqtisadiyyatdan idarəetməyə bütün sahələrdə gəncləşmə aparılan
uğurlu islahatların əsas tərkib hissəsinə çevrildi.Gənclərin potensialından səmərəli
istifadə olunması, onların beynəlxalq təmsilçiliyinə dəstək müasir, müstəqil Azərbaycanın
inkişafını təmin edən əsas faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin
potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə,
gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin
nəticəsi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqəti nəticəsində
Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi daha da artıb.Bu
gün Azərbaycan gənclərinin inkişafında həm də Heydər Əliyev Fondunun misilsiz
töhfəsi vardır. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər
Əliyev Fondu bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif
təyinatlı layihələri icra edir. Bu istiqamətlər üzrə Fond elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata
keçirir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara
çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir,
uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə
xidmət edir, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin
mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına
kömək edir. Heydər Əliyev Fondu, Azərbaycan gəncləri ilə dünya arasında
körpü rolunu oynayır. Fondun təşkil etdiyi beynəlxalq tədbirlər və layihələr, gənclərin
digər ölkələrdən olan həmyaşıdları ilə əlaqə qurmasına və dünya miqyasında təcrübə
qazanmalarına imkan yaradır. Bu əlaqələr gənclərin dünyagörüşünü genişləndirir,
onların müxtəlif mədəniyyətlərlə tanış olmalarına və qlobal problemlərə qarşı həssas
olmalarına şərait yaradır. Beynəlxalq təcrübə mübadiləsi həmçinin, gənclərin
peşəkar bacarıqlarını inkişaf etdirmələrinə, fərqli iş mühitlərinə adaptasiya
olmalarına və qlobal bazarda rəqabət qabiliyyətlərini artırmalarına kömək edir.
Azərbaycan gəncləri artıq dünyanın bir çox aparıcı şirkətlərində uğurla təmsil
olunur, ölkəmizin tanıdılması istiqamətində uğurla fəaliyyət göstərirlər.
Könül Məmmədova,
YAP Neftçala rayon
təşkilatı ərazi partiya təşkilat sədri
ETİHİ
Neftçala Rayon Komitəsinin sədri
Digər xəbərlər



