Gənclərin cəmiyyətdə rolu

2
Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə
malik əlamətdar günlərdən biridir. Bu gün müstəqil Azərbaycanın gələcəyini
formalaşdıran, dövlətçiliyimizin dayağı olan gənclərin potensialına,
intellektinə və vətənpərvərliyinə verilən yüksək dəyərin təcəssümüdür.
Ulu
Öndər Heydər Əliyev gənclərin cəmiyyətdəki rolunu xüsusi vurğulayaraq demişdir:
“Bizim xalqımızın gələcəyi gənclərdir…” Bu fikirlər bu gün də öz aktuallığını
qoruyur və Azərbaycan gəncliyi üçün yol xəritəsi rolunu oynayır. Sağlam düşüncəli,
bilikli və mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biridir.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə Azərbaycan gəncləri daha geniş
imkanlara malikdir. Azad, sabit və güclü dövlətdə yaşayan gənclər bu
imkanlardan düzgün istifadə etməli, həm şəxsi inkişafları, həm də dövlətin
maraqları naminə fəal mövqe nümayiş etdirməlidirlər.
Bu
gün Azərbaycan gəncliyi yalnız sosial-iqtisadi inkişafda deyil, həm də
informasiya müharibəsinin ön cəbhəsində fəal iştirak edir. Milli maraqların
müdafiəsində, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu
danılmazdır.
Azərbaycan
eyni zamanda idman ölkəsi kimi də tanınır. Bakıda keçirilmiş Birinci Avropa
Oyunları dünya idman tarixində ilk olmaqla ölkəmizin idman sahəsində qazandığı
böyük nüfuzun göstəricisidir. Dövlətin idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində
gənc idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edərək bu etimadı
doğruldurlar.
İstedadlı
və vətənpərvər gənclərə göstərilən dövlət qayğısı, Heydər Əliyev Fondunun gənclərin
inkişafına verdiyi misilsiz töhfələr, təhsil və mədəniyyət sahəsində həyata
keçirilən layihələr bu siyasətin mühüm tərkib hissəsidir. Gənclərin xaricdə təhsilinə
yaradılan imkanlar, 2026–2027-ci tədris ili üzrə universitet və proqramların təsdiqlənməsi
də insan kapitalının gücləndirilməsinə xidmət edir.
Bu
gün Azərbaycan gəncliyi öz gücü, biliyi və vətənpərvərliyi ilə müstəqil dövlətimizin
sabahını inamla qurur. Gənclərimizlə fəxr edirik, çünki güclü dövlətin əsas təminatı
güclü və düşünən gənclikdir.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



