Hacıqabulda “2 fevral Gənclər günü” qeyd olunub

02
fevral 2026-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan
Partiyası Hacıqabul rayon təşkilatı, Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı
ilə “02 fevral –Gənclər Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə
Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, YAP Hacıqabul rayon təşkilatının
sədri İsmayıl İbrahimov, RİH-nin məsul işçiləri, Hacıqabul rayonu üzrə Təhsil
sektorunun müdiri Bəxtiyar Ələkbərov, Rayon Gənclər və İdman sektorunun müdiri
Xalid Rəcəbli və rayonun idarə, müəssisə, təşkilatlarından olan aktiv gənclər və
Yeni Azərbaycan Partiyasının gənc fəalları iştirak etdilər.
Tədbirdə
öncə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov gəncləri
təbrik edərək bildirdi ki, bu gün - 2 fevral Gənclər Günü münasibətilə bir
araya toplaşaraq gəncliyimizin gücünü, milli iradəsini və dövlətimizin
inkişafındakı əvəzsiz rolunu qeyd edirik. Bu bayram, Ulu Öndər Heydər Əliyevin
1997-ci ildə imzaladığı tarixi fərmanla təsis olunmuşdur. Artıq uzun illərdir
ki, gənclərimizin bayramı kimi böyük coşqu ilə qeyd olunur. Azərbaycan gəncliyi
hər zaman dövlətimizin dayağı, cəmiyyətimizin aparıcı qüvvəsi olmuşdur. Ölkəmizin
bir parçası olan Hacıqabulda da gənclər rayonun sosial-iqtisadi inkişafında
mühüm rol oynayırlar. Onlar kənd təsərrüfatı layihələrində, innovativ təşəbbüslərdə,
ictimai tədbirlərdə fəal iştirak edir, rayonumuzun gələcəyinə öz töhfələrini
verirlər. Bu fəallıq bir daha sübut edir ki, gənclərimiz həm yerli, həm də beynəlxalq
miqyasda Azərbaycanın inkişafının aparıcı qüvvəsidir.
YAP
Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək bildirdi ki, bu
gün Azərbaycan gəncləri ölkəmizini aparıcı qüvvəsi kimi çıxış edirlər. Eyni
zamanda, dövlətimiz də onlara böyük qayğı ilə yanaşaraq problemlərinin
həlli istiqamətində qlobal layihələr həyata keçirir. Xüsusilə, Ülu Öndər
Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin
inkişafında dərin izlər qoyub. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı
Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin
vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahələrdə
olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Daha
sonra çıxış edənlər Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral
1996-cı il tarixində keçirilmiş Azərbaycan gənclərinin birinci forumunun ölkəmizdə
gənclər hərəkatının əsasını qoyduğunu, həmin forumun Azərbaycan gəncliyinin
tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu, həmçinin gənclərə olan
etimadın, onlara göstərilən qayğının bariz nümunəsi kimi günümüzdə təhsil və
idman sahəsində daima inkişaf edən gənclərin böyük nailiyyətlər əldə etdiklərini
vurğuladılar. Tədbirdə o da qeyd olundu ki, ölkəmizdə gənclər siyasətində milli
və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən
Müharibəsindəki qələbəmizdə həll edici rol oynamışdır.
Tədbir
zamanı bir qrup fəal gənc fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif
edildi.
Sonda
tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
Digər xəbərlər



