ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir

Azərbaycan
Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə
mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək
niyyətindədir.
ABŞ
Azərbaycanla müdafiə və hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir.
Bununla
bağlı məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları
Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da da öz əksini tapıb.
Sənədə
əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə
və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər.
Azərbaycan və ABŞ terorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini
nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
Eyni
zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində
bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan
Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi
ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi
və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək
niyyətindədirlər.
Aytəkin
Mirzəyeva
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi kitabxanasının əməkdaşı.
Digər xəbərlər



