Əsas hədəflərdən biri süni intellektin dövlət qurumlarında təbiqini genişləndirməkdir

Fevralın
11 –də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən «Azərbaycanın yeni rəqəmsal
arxitekturası» adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə xüsusi
vurğulandı ki, beynəlxalq aləmdə süni intellektin tətbiqi, data mərkəzlərinin
yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək
inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən
önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil
etməyimizdir.
Ölkəmizin
başçısı müşavirədə beynəlxalq şirkətlərlə əlaqələrimizi, böyük təcrübəmizi və
bir çox ölkələrlə nəhəng layihələr icra etməyimizi vurğulayaraq bildirdi ki,
bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq
əlaqələr tələb edən məsələlərdir: «Azərbaycan öz qonşuları ilə müxtəlif
vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini
icra etmişdir. Bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış
platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə
də çevrilməlidir»
Prezident
İlham Əliyev bu istiqamətdə xeyli üstünlüklərimizin mövcud olduğunu
bildirdi: «Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna
nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında, Şimal-Cənub Dəhlizi üzərində
yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.»
Ölkəmiz
üçün digər önəmli məsələ neft kapitalının insan kapitalına çevirilməsidir.
Bu, tendensiya Prezident İlham Əliyevin sosial- iqtisadi siyasətinin əsasını təşkil
edir. Hazırda ölkəmiz yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə
də diqqət çəkir. İqtisadiyyatımıza son 20 il ərzində yüz milyardlarla
dollardan çox sərmayə yatırılıb. Həmin sərmayələrin böyük hissəsi
qeyri-neft sektorunun payına düşür. Cənab Prezidentimizin vurğuladığı
kimi, xarici sərmayələr qorunur: « Bunu həm qanunlar tərəfindən, eyni
zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin
qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib.
Burada da nadir təcrübəmiz var: “30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz
necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal
dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.»
Azərbaycan
dövlətinin son illər ərzindəki uğurlu iqtisadi siyasətinin bir hissəsi olan
energetikanın inkişafı da göz önündədir. Belə ki, son 23 ildə generasiya
gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir.
Yeni elektrik stansiyaları, istər qaz, istər hidro, istər Günəş, külək bu gün
Azərbaycan reallıqlarını müəyyən edir.
Sözügedən
müşavirədə Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün Azərbaycan
özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya
bazarlarına da çıxarır: «Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin
yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə
danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında
daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik.»
Ölkəmizin
başçısı müşavirədə bu məqamı da vurğuladı ki, xarici tərəfdaşlarla yaşıl enerji
kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və elektrik
enerjisinin bir qismini ixrac edəcəyik: « Hazırda bizi Xəzər dənizinin Şərq
sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir,
bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə
doğru isə yeni bağlantılar üzərində işləməliyik. Bu sahədə dünyanın aparıcı
şirkətləri ilə artıq təmaslar qurulduğu, bir neçə aparıcı şirkətlə danışıqlar
aparılır və ölkəmizin imkanları onlara təqdim edilir.»
Ölkəmizin
başçısı müşavirədə xüsusi vurğuladı və tapşırdı ki, dövlət xidmətləri «mygov»
üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən : « Hər kəs bunu bilməlidir
- həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük
üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.».
Müşavirədə
bir daha vurğulandı ki, Azərbaycan dövlətinin əsas hədəfi süni
intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət almasıdır. Ölkəmizin
başçısı qeyd etdi ki, bu gün bu sahədə aparıcı ölkələrdə belədir. Bu sahədə
inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni
intellekt agentləri kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün
olub-olmaması ilə bağlı süni intellekt yardımçı ola bilər. Çağırışlardan biri də
kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsidir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



