Gələcək günün arxitekturası

Fevralın
11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr
olunmuş müşavirənin keçirilməsi ölkənin inkişaf strategiyasında mühüm mərhələ
kimi dəyərləndirilir. Sözügedən müşavirə müasir dövrün əsas çağırışlarından
biri olan rəqəmsal transformasiyanın dövlət idarəçiliyində, iqtisadiyyatın
bütün sahələrində və sosial həyatda tətbiqinin sürətləndirilməsi məqsədinə xidmət
edir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda aparılan ardıcıl və
sistemli islahatlar nəticəsində ölkənin idarəetmə modeli müasir çağırışlara
uyğun şəkildə yenilənir:“ Yeni rəqəmsal arxitektura konsepsiyası, bu
islahatların növbəti strateji mərhələsini təşkil edərək dövlətin idarəçilik fəlsəfəsinin,
texnoloji infrastrukturunun və ictimai xidmət mexanizmlərinin köklü surətdə
yenilənməsini nəzərdə tutur: “Müşavirədə vurğulandığı kimi, rəqəmsallaşma təkcə
texnoloji yenilik deyil, eyni zamanda, idarəçilik mədəniyyətinin dəyişməsi,
dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinə keçid deməkdir. Bu
yanaşmanın əsas məqsədi şəffaflığı artırmaq, operativliyi təmin etmək, insan
faktorundan asılılığı azaltmaq və vətəndaş məmnunluğunu yüksəltməkdir”.
Müasir
dövrdə kibertəhlükəsizlik və informasiya suverenliyi milli təhlükəsizliyin
ayrılmaz tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə
hazırlanan yeni rəqəmsal arxitektura çərçivəsində milli kibertəhlükəsizlik
sistemlərinin gücləndirilməsi, dövlət informasiya ehtiyatlarının qorunması və məlumatların
təhlükəsiz saxlanılması prioritet istiqamətlər sırasında yer alır. Xüsusilə
postmünaqişə dövründə informasiya təhlükəsizliyi məsələləri daha da
aktuallaşıb. Bu kontekstdə milli rəqəmsal platformaların yaradılması və
texnoloji müstəqilliyin gücləndirilməsi Azərbaycanın strateji maraqlarına tam
cavab verir.
Yeni
rəqəmsal arxitekturanın mühüm istiqamətlərindən biri də azad edilmiş ərazilərdə
“ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin geniş tətbiqidir. Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında rəqəmsal texnologiyaların tətbiqi regionun sürətli
bərpasını, dayanıqlı inkişafını və müasir infrastrukturun qurulmasını təmin
edir. "Azərbaycanın yeni rəqəmsal arxitekturası vahid fəaliyyət planı dövlət
idarəçiliyində şəffaflığın, iqtisadiyyatda rəqabətqabiliyyətin, sosial sahədə
isə yüksək həyat keyfiyyətinin təmin olunmasına xidmət edən fundamental yol xəritəsidir.
Bu strateji sənəd Azərbaycanın regional liderliyini möhkəmləndirməklə yanaşı,
ölkəni qlobal rəqəmsal inkişaf proseslərinin fəal iştirakçısına çevirir”.
Pərvanə
Səfərova
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi
Digər xəbərlər



