Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir

Fevralın
15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə
arasında münasibətlərin inkişafında yeni bir səhifə açıb: “Səfər çərçivəsində
iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər siyasi
dialoqun, iqtisadi əməkdaşlığın, energetika və nəqliyyat sahələrində tərəfdaşlığın
daha da genişləndirilməsinə xidmət edəcək.
Səfər
zamanı dövlət başçılarının mətbuata bəyanatlarında əməkdaşlığın yeni mərhələyə
qədəm qoyduğu və bundan sonra daha da inkişaf edəcəyi xüsusi vurğulandı.
Prezident İlham Əliyev qeyd etdi ki, həm siyasi, həm iqtisadi, həm də
energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq
platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da
bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə
layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış
imkanlardan yararlanaraq, daha da irəliyə addımlayacaq. Serbiya Prezidenti
Aleksandar Vuçiç də öz bəyanatında Azərbaycanla əməkdaşlığın bundan sonra da
inkişafına əminliyini ifadə etdi. Qeyd etmək lazımdır ki, hər iki ölkənin
liderləri arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan şəxsi
münasibətlər dövlətlərarası əlaqələrin inkişafına da müsbət təsir göstərir.
Liderlər arasında açıq və konstruktiv dialoq siyasi qərarların daha operativ qəbul
olunmasına, strateji layihələrin reallaşmasına əlavə stimul verir”.
İqtisadi
əməkdaşlıq siyasi münasibətlərin möhkəmlənməsində əsas dayaqlardan biridir:
“Ticarət dövriyyəsinin artması, qarşılıqlı sərmayələrin yatırılması və birgə
layihələrin icrası ölkələr arasında qarşılıqlı etimadı gücləndirir. Bu baxımdan
Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə əməkdaşlıq mühüm əhəmiyyət
daşıyır. Energetika sahəsində əməkdaşlıq xüsusilə strateji əhəmiyyət daşıyır.
Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxışı baxımından Serbiya ilə
tərəfdaşlıq yeni imkanlar yaradır. Eyni zamanda, nəqliyyat-logistika layihələri
Orta Dəhliz çərçivəsində əməkdaşlığı daha da dərinləşdirə bilər. İqtisadi
inteqrasiya siyasi dialoqu daha dayanıqlı edir, tərəflər arasında uzunmüddətli
strateji tərəfdaşlığın əsasını formalaşdırır. Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq
üçün geniş perspektivlər mövcuddur. “Energetika, nəqliyyat və logistika, müdafiə
sənayesi, kənd təsərrüfatı və sənaye, o cümlədən birgə istehsal müəssisələrinin
yaradılması, təhsil və mədəniyyət əməkdaşlıq üçün geniş potensiala malikdir. Bu
və digər istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın Avropa məkanında
mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə
əlavə töhfə verə bilər. Eyni zamanda, Serbiya ilə münasibətlərin dərinləşməsi
Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət
daşıyır. Nəticə etibarilə, Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



