Bakıda mənzildə meyit aşkarlanıb

2019-06-04 Baxış: 575
img

04.06.2019

Bakıda bağlı qapı arxasından meyit aşkarlanıb.

MAYAKİNFO-nun Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Qriqelis Nina Arqunovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Hazırda qadının ölümünün səbəbləri araşdırılır.