Hacıqabul rayonunda ağır avtoqəza olub: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

2019-06-04 Baxış: 635
img

04.06.2019

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus "KaMAZ" markalı yük maşınına dəyərək aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.