Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımı ilə bağlı tarixi qiymətləndirməsi

26 Fevral
Azərbaycan tarixinin ən ağrılı və unudulmaz günlərindən biridir.
Bu tarix
xalqımızın yaddaşına Xocalı soyqırımı günü kimi həkk olunub.
Xocalı
faciəsi təkcə bir şəhərin deyil, bütövlükdə bəşəriyyətin vicdanına qarşı törədilmiş
cinayətdir.
Bu hadisə
insanlığa qarşı yönəlmiş vəhşiliyin acı simvoluna çevrilmişdir.
Heydər
Əliyev Xocalı soyqırımını bəşər tarixində misli görünməmiş vəhşilik aktı kimi
qiymətləndirmişdir.
Onun
fikirləri bu faciənin mahiyyətini və miqyasını aydın şəkildə ifadə edir.
Bu
soyqırımı xalqımıza qarşı aparılan uzunmüddətli düşmənçilik siyasətinin qanlı nəticəsidir.
İlham
Əliyev Xocalı faciəsini erməni millətçilərinin soyqırımı siyasətinin qanlı səhifəsi
adlandırmışdır.
Prezident
Xocalının xalqımızın tarixi şüurunda xüsusi yer tutduğunu vurğulamışdır.
Xocalıya ədalət tələbi
Azərbaycanın haqlı və prinsipial mövqeyinin ifadəsinə çevrilmişdir.
Tarixi ədalətin
bərpası dövlətimizin milli iradəsinin təntənəsi kimi qiymətləndirilir.
Xocalı
soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində ardıcıl iş aparılır.
Bu həqiqətlərin
dünyaya çatdırılması informasiya mübarizəsinin əsas istiqamətlərindən biridir.
“Xocalıya
Ədalət” təşəbbüsü qlobal miqyasda mühüm ictimai-siyasi platformaya
çevrilmişdir.
Bu
kampaniya Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli
rol oynayır.
Justice
for Khojaly informasiya resursları faciə ilə bağlı faktların yayılmasına xidmət
edir.
Bu
platformalar tarixi həqiqətlərin saxtalaşdırılmasına qarşı mühüm vasitədir.
Xocalı həqiqətləri
artıq dünya mediasında geniş şəkildə əks olunmuşdur.
Xarici
jurnalistlərin yazıları hadisələrin dəhşətli reallığını açıq şəkildə təsdiqləmişdir.
Beynəlxalq
mətbuatda yayımlanan materiallar törədilmiş vəhşilikləri sənədləşdirir.
Bu yazılar
Xocalı faciəsinin yalnız regional deyil, qlobal humanitar problem olduğunu göstərir.
Tarixi
faktlar Xocalı soyqırımının inkaredilməz həqiqət olduğunu sübut edir.
Prezident
İlham Əliyevin Xocalıya səfərləri xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır.
Bu səfərlər
azad olunmuş ərazilərdə həyatın bərpasının real təzahürüdür.
Xocalıda
Dövlət Bayrağının ucaldılması tarixi ədalətin rəmzinə çevrilmişdir.
Bərpa və
quruculuq işləri Xocalının yenidən dirçəlişini nümayiş etdirir.
Soyqırımı
Memorialının təməlqoyma mərasimi xalqın yaddaşına ehtiramın ifadəsidir.
Bu
memorial gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq mühüm məkandır.
Xocalı
artıq təkcə faciə deyil, həm də dirçəliş və qayıdış simvoludur.
Bu tarix
xalqımızın həm kədərini, həm də milli birliyini təcəssüm etdirir.
Xocalı
qurbanlarının xatirəsi hər zaman ehtiramla yad olunur.
Tarix
unudulmur, faciələr yaddaşdan silinmir.
Ədalət və
həqiqət anlayışları Xocalı ilə bağlı mübarizənin əsasını təşkil edir.
26 Fevral
xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi yaşayır.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



