Xocalı Soyqırımı

1991-ci
ilin sonu və 1992-ci ilin əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi hərbi mərhələyə
qədəm qoydu. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində
yaranan siyasi qeyri-sabitlikdən yararlanan Ermənistan xarici hərbi
yardımlardan istifadə edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarına başladı. 1992-ci
ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım
törədildi. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə minlərlə azərbaycanlı
kütləvi şəkildə qırıldı və ya əsir götürüldü, şəhər isə yerlə-yeksan edildi.
1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri
keçmiş SSRİ-nin 366-cı piyada alayının köməyi ilə Azərbaycan Respublikasının
Dağlıq Qarabağ regionunda yerləşən və münaqişəyə qədər 23,757 nəfər əhalisi
olan və ümumi ərazisi 0,94 kvadrat kilometrə çatan kiçik bir şəhəri-Xocalını
istila etdilər.
Dəhşətli
gecə başlamazdan əvvəl şəhərdə qalan xocalı sakinləri (təxminən 2500 nəfər)
hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazilərə gedən
yolu tapmaq ümüdiylə öz evlərini tərk etməyə cəhd etdilər. Bu planlar da
uğursuzluqla nəticələndi. İşğalçılar Xocalını dağıtdılar və xüsusi qəddarlıqla
dinc əhaliyə qarşı qırğın törətdilər.
Xocalının
yüzlərlə günahsız sakininin qəddar şəkildə məhv edilməsi Azərbaycan
Respublikasının Dağlıq Qarabağ regionunun ətrafında və daxilində baş verən
silahlı münaqişə zamanı ən mənfur cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri
və xarici hərbi bölmələr Xocalıdan və ətraf ərazilərdən qaçıb gedə bilməyən
insanların heç birini sağ qoymadılar. Nəticədə 106 qadın, 63 uşaq və 70 yaşlı
insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin
taleyi isə bugünədək naməlum qalıb.
Faciə
zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76
uşağın isə hələ heç yaşı tamam olmamışdı. 6 ailə tamamilə məhv edildi, 26 uşaq
hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən
insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi
soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın
boşluğuna süngü ilə vururaq öldürüldü. Erməni rəsmiləri münaqişə zamanı Xocalı əhalisinə
qarşı törətdikləri cinayətlər də daxil olmaqla, münaqişə zamanı törətdikləri
cinayət faktlarını saxtalaşdırmaqla və öz versiyalarını uydurmaqla nəinki
reallıqdan tamamilə uzaq olan həm də sadə məntiqəsığmayan şərhlər verməklə öz
iştiraklarını inkar edirlər. Bütün bunlara baxmayaraq, hətta ən mahir təbliğat
belə ermənilər tərəfindən irəli sürülən fikirlərə tamamilə əks olan və real vəziyyəti
göstərən faktları təkzib edə bilməyəcək. Azərbaycan Respublikasının
hüquq-mühafizə orqanlarının əlində olan mühüm məlumatlardan əlavə, Ermənistanın
məsuliyyəti və iştirakı bu faciənin şahidləri və bir sıra azad mənbələr tərəfindən
sənədləşdirilib.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



