44 günə yazılan tarix: ədalətli müharibə və mütləq zəfər

2026-03-02 Baxış: 31
img

Azərbaycan xalqının tarixində 2020-ci il, 44 gün ərzində yazılan şanlı səhifə kimi qalacaq. Bu günlər həm ədalətli müharibənin, həm də mütləq zəfərin tarixə qızıl hərflərlə həkk olunduğu dövrdür. Prezident İlham Əliyev çıxışında vurğulamışdır: “Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti.”

2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun peşəkarlığı, yüksək hazırlığı və xalqın iradəsi sayəsində qısa müddətdə uğurla nəticələndi. Cəmi 44 gün ərzində düşmən məğlub edildi, kapitulyasiya aktına imza atıldı və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu, yalnız hərbi uğur deyil, həm də xalqın haqq işində tarixi ədalətin təminatı idi. Prezidentin sözləri ilə: “Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir.”

44 günlük müharibə həm də Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi. İşğal dövründə verilən müxtəlif siqnallara, təhdidlərə və təzyiqlərə baxmayaraq, Azərbaycan iradəsini heç bir qüvvəyə əymədi. Prezident İlham Əliyev çıxışında xatırlatmışdır: “İşğal dövründə tez-tez belə siqnallar ünvanlanırdı ki, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər buna imkan verməyəcək. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi.”

Ədalətli müharibənin 44 gün ərzində yekunlaşması xalqımızın qətiyyətini və dövlətimizin gücünü göstərdi. Azərbaycan Ordusu, Silahlı Qüvvələrin peşəkarlığı və hərbi strategiyası sayəsində düşmən sarsıdıldı, torpaqlar işğaldan azad edildi. Prezident İlham Əliyev çıxışında bunu belə ifadə etmişdir: “Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq.”

44 gün ərzində qazanılmış zəfər yalnız hərbi uğur deyildi. Bu, həm də Xocalı soyqırımının qisasının alınması, ədalətin təmin olunması və xalqımızın əyilməz iradəsinin nümayişi idi. Ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu müharibəni yalnız hərbi məqsədlərlə, günahsız mülki əhaliyə zərər vermədən apardı. Prezident çıxışında qeyd etmişdir: “Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı.”

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi yaddaşında həm də strateji zəfər kimi qalacaq. Bu qələbə xalqımızın birliyini, dövlətçiliyin möhkəmliyini və milli iradənin əyilməzliyini sübut etdi. Dövlət başçısının sözləri ilə: “Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi.”

Bu 44 gün həm də gələcək nəsillərə dərsdir: xalq öz haqqını qorumağa qadir olmalıdır, dövlət öz suverenliyini müdafiə etmək gücündə olmalıdır və heç bir təzyiq ədaləti təmin etməyə mane ola bilməz. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan xalqı və dövlətinin əyilməz iradəsi sayəsində tarixi ədalət təmin olundu, xalqın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı və Xocalıya ədalət uğrunda addımlar yekunlaşdı.

 

Asif Qəfərov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Boyat kənd İƏD üzrə nümayəndə