Şamaxı Rəsədxanası: Azərbaycanda Ramazan bayramı sabahdır

2019-06-04 Baxış: 1377
img

04.06.2019

Qonşu ölkələrdə Ramazan bayramının bu günə təsadüf etməsi səbəbindən bəzi şəxslər bayramın bu gün olduğunu, digərləri isə sabah bayram namazı qılınacağını deyir. Bu da insanlarda çaşğınlıq yaradıb.

Qafqaz Müsalmanları İdarəsi(QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə DadaşovaAPA -ya açıqlamasında deyib ki, bir qrup adam hər il bu cür çaşqınlıqyaradır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdəçoğrafi en dairələrində müxtəliflik ola bilər: “Amma Azərbaycanda bu gün axşam saatlarında ay görünəcək. Səhər isə bayram namazı qılınacaq”.

Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən APA -ya verilən məlumata görə, sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış şəkil dezinformasiyadır, 2007-ci ildə çəkilib: "Azərbaycanda Ramazan bayramı sabahdır. Ay bu gün saat 20:00 və 21:00 arası qərb istiqamətində görünəcək".

Qeyd edək ki, QMİ-nin verdiyi rəsmi məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-dəsaat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.