Neftçala rayon sakinini cərəyan vuraraq öldürüb

2019-06-11 Baxış: 1336
img

11.06.2019

Bakıda usta faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Maştağa qəsəbəsi, “Muşalan” yeni yaşayış massivində baş verib.

Neftçala rayon sakini, 1967-ci il təvəllüdlü Həsən Ələsgərov Elnur İlyasova məxsus fərdi yaşayış evinin dam örtüyünü vurarkən yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.