İsmayıllıda əmi qardaşı oğlunu bıçaqlayıb

2019-06-12 Baxış: 712
img

12.06.2019

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata  görə, hadisə rayonun Qıçatan kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Eyvazov Cavid Qafar oğlu bıçaq xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan C.Eyvazovun vəziyyəti ağır olaraq qalır. Onun ailə münaqişəsi zəminində əmisi tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.