Mingəçevirdə fəhlənin üzərinə mişar daşı düşüb

2019-06-12 Baxış: 571
img

12.06.2019

Mingəçevirdə tikintidə çalışan fəhlənin üzərinə hündürlükdən mişar daşı düşüb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, şəhər ərazisində aparılan tikintidə işləyən şəhər sakini, 1972-ci il təvəllüdlü Məmmədov Rəhman Süleyman oğlu ağır xəsarət alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun bel nayihəsində ciddi fəsad yarandığı müəyyənləşib.