Cəlilabad sakini Sumqayıtda qətlə yetirilib.

2019-06-12 Baxış: 716
img

12.06.2019

İyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilmişdir.

MAYAKİNFO xəbər verir ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılmışdır.
Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.