Sumqayıtda iki mənzildə meyit tapılıb

2019-06-13 Baxış: 619
img

13.06.2019

Sumqayıt şəhərinin ayrı-ayrı ünvanlarında ölüm hadisəsi qeydə alınıb.

MAYAKİNFO APA-ya istinadən xəbər verir ki, 20-ci məhəllə ev 2-də yaşayan 1983-cü il təvəllüdlü Talıbov Elçin Rüstəm oğlunun meyiti aşkar olunub. Onun nə səbəbdən öldüyü hələlik məlum deyil. 

Corat qəsəbəsində isə əvvəl məhkum olunan 1973-cü il təvvəllüdlü Fətəliyev Rasim Gülmalı oğlunun meyiti yaşadığı evdən tapılıb.

Hər iki ölümün səbəbləri Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.