Neftçalada 36 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

2019-06-13 Baxış: 1032
img

13.06.2019

Bu gün günorta saatlarında Neftçala şəhərinin mərkəzindəki həyətlərdən birində bədbəxt hadisə nəticəsində 36 yaşlı qadın dünyasını dəyişib.

MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, elektrik nasosu vasitəsilə həyətlərini sulayan şəhərin Rəsulzadə küçəsinin sakini, 1983-cü ildə anadan olmuş Ruhiyyə Akif qızı Abışovanı elektrik cərəyanı vuraraq öldürüb.

Hadisənin elektrik naqilinin üzəri açıq olduğu üçün ehtiyatsızlıqdan baş verdiyi deyilir. Ruhiyyə Abışova 4 azyaşlı uşaq anası idi.

Faktla bağlı araşdırma aparılır.