Baş nazir təhsil müəssisələrinin mühafizəsi ilə bağlı sərəncam imzalayıb.

2019-06-13 Baxış: 673
img

13.06.2019

Daxili İşlər, Təhsil, Ədliyyə nazirlikləri icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili qaydasının layihəsini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

APA-nın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Eyni zamanda Daxili İşlər, Təhsil, Ədliyyə nazirlikləri və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə təkliflərini də beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.