Neftçalada nəhəng gürzə öldürüldü.

2019-06-13 Baxış: 2058
img

13.06.2019

Neftçala rayonunun Boyat kəndi ərazisində nəhəng gürzə ilan öldürülüb.

MAYAKİNFO-nun kənd sakinlərindən əldə etdiyi məlumata görə, kəndin çobanı Bəbişov Mahir Səfər oğlu heyvanları kəndin kənarındakı sahədə otararkən yanında olan it ilanı görüb və  hücum edib. Daha sonra çoban əlindəki çomağın köməkliyi ilə nəhəng ilanı öldürə bilib. 

Qeyd edək ki, keçən il də Boyat kəndi ərazisində kənd sakinləri tərəfindən nəhəng gürzə ilanı öldürülmüşdü.