Neftçalada Milli Qəhrəmanın adının orta məktəbə verilməsi təntənəli surətdə qeyd olundu.

2019-06-15 Baxış: 1550
img

15.06.2019

İyunun 14-də Neftçala şəhər 1 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Samid İmanovun adının əbədiləşdirilməsinə həsr olunmuş tədbir keçirilmişdir. 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, şəhidin ailə üzvləri , təhsil aldığı məktəbin müəllim heyəti və rayon ziyalıları iştirak etmişdir. Üzərində Milli Qəhrəmanın adı həkk olunmuş məktəbin adını daşıyan lövhənin şəhidin atası Gülağa İmanov tərəfindən açılışı olduqdan sonra tədbir iştirakçıları məktəbin foyesində Samid İmanovun həyat və döyüş yoluna həsr olunmuş sərgi ilə tanış olmuşdular. Daha sonra qonaqlar məktəbdə keçirilən "Son zəng" tədbirində iştirak etmiş, Milli Qəhrəmanın atası və həyat yoldaşı məzunları təbrik etmişdilər. Şəhidin yaxınları  Samid İmanovun keçdiyi qəhrəmanlıq yolunun müstəqil həyata qədəm qoyan məzunlar üçün bir nümunə olduğu xüsusi vurğulamışlar. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 23 aprel  2019-cu il tarixli qərarı ilə Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilmişdir.