Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edilib

2019-06-15 Baxış: 733
img

15.06.2019

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dəfn edilib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, mərhum Ordubad rayonunun Kələki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 67 yaşlı H. Əliyeva ötən gün Türkiyənin İstanbul şəhərində vəfat edib.

Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.