Neftçalada güllələnmə hadisəsi baş verib.

2019-06-19 Baxış: 1276
img

19.06.2019

İyunun 18-si axşam saatlarında Neftçala rayonunun Astanlı kəndində güllələnmə hadisəsi baş verib. 

MAYAKİNFO xəbər verir ki, 1960-cı il təvəllüdlü Məmmədov Məhəbbət Məmmədağa oğlu həmkəndlisi 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhriyar Nail oğluna ov tüfəngi ilə atəş açıb. 

Atəş nəticəsində güllə yarası ilə ayağından xəsarət alan Ş.Fərzəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.