QHT Neftçalada təlim keçdi.

2019-06-23 Baxış: 711
img

23.06.2019

"Ekoloji Maarifçiliyə Yardım" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından aldığı "Neftçala rayonu ərazisində ekoloji problemlərin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi" qrant layihəsi çərçivəsində Neftçalada təlim keçirmişdir. 

22 və 23 iyun 2019-cu il tarixlərində ictimai birlik Neftçalanın Yeniqışlaq və Mirqurbanlı kəndlərindən olan 15 nəfərlik məqsədli qrup üçün təlimlər keçirmişdir. Təlimçi Ülvi Fərzəliyev iştirakçılara "Şirkətlərin koorporativ-sosial siyasəti" , "Monitorinqlərin aparılması"  və "Şirkətlərlə dialoqun qurulması" mövzularında təlim iştirakçılarına ətraflı məlumat vermiş, layihənin gedişində lazım olacaq bir neçə vacib məqamları çatdırmışdır. 

Təlimdə iştirakçılara iş qovluqları, bloknot, diyircəkli qələm, karandaşlar və təlim materialları paylanmışdır. 

Qeyd edək ki, "Ekoloji Maarifçiliyə Yardım" İctimai Birliyi 2016-cı ildən Neftçala rayonu ərazisində fəaliyyət göstərir. Hazırki layihə QHT-nin rayon ərazisində keçirdiyi ikinci layihədir.