Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub

2019-06-24 Baxış: 578
img

24.06.2019

Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə rayonun Gil-Gilçay çayının Yenikənd ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü İsgəndər Fətəliyev çimmək üçün çaya girib və boğulub. Həmkəndlisi Elbrus Səlimov onu ölü vəziyyətdə çaydan çıxarıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.