Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

2019-06-25 Baxış: 715
img

25.06.2019

Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi xəbərə görə, bu barədə onun vəkili Teyyub Şərifov məlumat verib.

Belə ki, 25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.