Zığ şosesində fərdi yaşayış evləri yanır

2019-06-26 Baxış: 613
img

26.06.2019

Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.

MAYAKİNFO-nun Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.