Diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmur

2019-06-27 Baxış: 633
img

27.06.2019

“Hazırda diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmur”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, ölkənin ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim çalışır. Onların əksəriyyəti müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək dərs saatlarının və əməkhaqqının artımına nail olublar. Yerdə qalan müəllimlər müxtəlif səbəblərdən sözügedən qiymətləndirmədə iştirak etməyiblər. Müəllimlərin işə qəbulu müsabiqəsindən kənar işə qəbul edilən, təhsil sənədi dövlət nümunəli olmayan şəxslərin diaqnostik qiymətləndirilməsi aparılmayıb.