Salyanda avtomobil piyadanı vurub.

2019-06-27 Baxış: 774
img

27.06.2019

Salyan rayonunda piyadanın vurulması ilə yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə 22.30 radələrində Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. 

Rayonun Qızılağac kənd sakini, 1990-cı il təvəllüdlü Şahmalıyev Fərid Nazim oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən Qaraçala kənd sakini, 1976-cı il təvəllüdlü Əhmədov Kamal Mikayıl oğlunu vuraraq ağır xəsarətlər yetirib. 

Yaralı çoxsaylı xəsarətlərlə komatoz vəziyyətdə Şirvan mərkəzi şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.