Salyan sakini traktorun altında qalaraq ölüb

2019-06-27 Baxış: 804
img

27.06.2019

Dünən axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndində baş verən daha bir yol-nəqliyyat hadisəsi bu dəfə ölümlə nəticələnib.

MAYAKİNFO - nun Virtualaz.org-dan əldə etdiyi məlumatına görə, traktorun kabinəsində “ciyər axşamı”ndan qayıdan Qarabağlı kənd sakini, 1995-ci il təvəllüdlü Orxan Elxan oğlu Əliyev ehtiyatsızlıqdan yıxılaraq təkərlərin altına düşüb.

Bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alan O.Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.