Neftçalada avtomobil aşdı: Zavod müdiri xəsarət aldı

2019-06-27 Baxış: 1994
img

27.06.2019

Bu gün saat 15:30 radələrində Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Musayev Mirqüdrət Mirnağı oğlu özünə məxsus 90-PX-106 Dövlət  Qeydiyyat Nişanlı  Ravon R4 avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və yoldan çıxan avtomobil bir neçə dəfə aşıb. Sürücü və avtomobildə olan sərnişin Zeynalov Pərviz Natiq oğlu ağır xəsarətlər aldığından yaralılar çağırışa gələn Təcili Tibii Yardım heyətinin köməkliyi ilə  Neftçala Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Mirqüdrət Musayev Neftçala rayonunda yerləşən Kürağzı Nərə Balıqartırma Zavodunun direktorudur.