"AvtoVAZ" istehsalı tam dayandırıb

2019-07-03 Baxış: 624
img

03.07.2019

Rusiyanın ən iri avtomobil istehsalçısı olan “AvtoVAZ” şirkəti bu gündən etibarən istehsalı tam dayandırıb.

MAYAKİNFO -nun  APA-Economics”-ə istinadən verdiyi məlumata görə, buna səbəb avtomobil komponentlərinin əsas tədarükçüsü olan “Zavod Avtokomponent” MMC-nin üzərinə götürdüyü öhdəliklərin pozulması və avtomobil komponentlərin tədarükünün dayandırılmasıdır. “AvtoVAZ” həm Tolyatti, həm də İjevskdə yerləşən zavodlarda istehsalı dayandırmağa qərara alıb.

Hazırda şirkət istehsalın bərpası üçün lazımi tədbirlər görməkdədir.