Neftçalada gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib.

2019-07-07 Baxış: 1187
img

07.07.2019

İyulun 7-si gün ərzində sutkanın müxtəlif vaxtlarında  Neftçala rayonu ərazisində 4 fərqi avtomobil qəzaları baş vermişdir.

MAYAKİNFO xəbər verir ki , səhər saat 9;30 radələrində rayonun Həsənabad qəsəbəsində Sobolyev Pyotor Vasilyeviç özünə məxsus 47-BD-433 Dövlət Qeydiyyat Nişanlı VAZ 2106 markalı avtomobili ilə inəyi vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir.

Günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonunun Tatarməhələ kəndindən keçən hissəsində istirahət üçün Salyan şəhərindən Neftçalaya dənizə gedən ailə qəzaya uğrayıb.

Belə ki, Salyan rayonu Babazanlı yaşayış massivinin sakini Fərman Elşən oğlu Hüseynovun idarə etdiyi 10 SU 441 dövlət nömrə nişanlı “Mercedes C” markalı minik maşınının idarəetməni itirərək çevrilməsi nəticəsində avtomaşında olan sürücünün 53 yaşlı anası Əminə Davud qızı Hüseynova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sərnişinlər - Salyan şəhər sakinləri - sürücünün atası Elşən Fərman oğlu Hüseynov və onun bacanağı - 43 yaşlı Samir Şəmsəddin oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Axşam saatlarında şəhərin 20 Yanvar küçəsində 2 fərqli yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisələrin birində  2 ədəd VAZ-2107, digərində isə 1 ədəd VAZ-2107 və 1 ədəd VAZ-21015 markalı avtomobillər toqquşmuşdur. Hər iki qəzada avtomobillərə yüngül ziyan dəymişdir.