Neftçaladan olan nümayəndə heyəti Ümumdünya Əhali Gününə həsr olunmuş konfransda iştirak edib.

2019-07-11 Baxış: 903
img

11.07.2019

Lənkəranda 11 iyul - Ümumdünya Əhali Gününə həsr olunmuş konfrans keçirilib. 

MAYAKİNFO xəbər verir ki , Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda Ombudsman Elmira Süleymanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Fərid Babayev və cənub bölgəsinin 9 rayonunun icra hakimiyyəti aparatının məsul işçiləri iştirak ediblər.

Konfransda Neftçala rayonundan olan nümayəndə heyəti kimi İcra Hakimiyyətinin əməkdaşları Vasif Əliyev və Talıb Talıbov, Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov, Ağsaqqallar Şurasının üzvü Habil Əsədov və Qadın İnkişaf Qrupunun rəhbəri  Fərqanə Ağalarova iştirak edib.