Neftçalada yeniyetmələr üçün ekskursiya təşkil olunub.

2019-07-16 Baxış: 1023
img
17.07.2019

16 iyul 2019-cu il tarixdə Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.9 yarımbəndinin icrası məqsədilə və “Yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili” ilə əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq “Xıllı nərə balıq artırma” zavoduna ekskursiya təşkil olunmuşdur.

MAYAKİNFO xəbər verir ki, Ekskursiyada  bir qrup yeniyetmə və gənc, İdarənin rəis müavini Nazim Dadaşov, İdarənin baş məsləhətçisi Xannənə Ağayeva və sahibkar xanım Sevinc Ağayeva iştirak ediblər.

İlk olaraq zavodun texniki sahə üzrə mühəndisi Cəmil Əhmədli zavodun yaranma tarixindən, fəaliyyətindən, iş prosesindən ətraflı məlumat verib. Ekskursiya müddətində İnkubasiya sexinin rəisi Mircəlal İbrahimov, Balıqartıran Gülməmməd Nəzirov, Mühəndis Cəmil Əhmədli və digər əməkdaşlar çox böyük həssaslıqla iştirakçıların bütün suallarını cavablandırıblar.
Daha sonra ekskursiya “İstisu” müalicəvi istirahət mərkəzinə səfərlə davam etdirilib. 
İştirakçıların sevincinə səbəb daha bir məqam sahibkar Sevinc xanımın əlaçı şagirdlərlə bağlı şəxsi təşəbbüsü oldu. Belə ki, Sevinc xanım bitirdikləri tədris ilində bütün qiymətləri əla olan 10 iştirakçını öz vəsaiti hesabına yaxın zamanda Bakı şəhərinə - “Qız Qalası”na ekskursiyaya aparacağını bildirib.