Prezident İlham Əliyev KİVDF-yə 1 milyon manat ayırıb

2019-07-22 Baxış: 536
img

22.07.2019

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

MAYAKİNFO-nun xəbərinə görə, sərəncamla Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.