Abituriyent Məsləhət Mərkəzi Neftçalada bir günlük fəaliyyət göstərəcək.

2019-07-26 Baxış: 997
img

26.07.2019

Məsləhət Mərkəzləri DİM-in regional bölmələri və bəzi ali təhsil müəssisələri ilə yanaşı, müxtəlif rayon təhsil şöbələri və məktəblərdə də fəaliyyət göstərəcək.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bundan əlavə, ixtisas seçimi günlərində (24 iyul – 6 avqust, şənbə, bazar günləri istisna olmaqla) cədvəldə verilmiş tarixlərdə Rayon Təhsil Şöbələrində DİM-in əməkdaşları və RTŞ-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək. 

MAYAKİNFO xəbər verir ki, Məsləhət Mərkəzi Neftçala rayonunda da bir günlük fəaliyyət göstərəcək. Mərkəz avqust ayının 2-də saat 10:00-dan 17:00-dək Neftçala şəhər 4 nömrəli tam orta məktəbində fəaliyyət göstərəcək.