QHT Neftçalada 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüşdü.

2019-07-26 Baxış: 862
img

26.07.2019

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə " 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi "20 Yanvar şəhid ailələrinə və əlillərinə sosial xidmətlərin göstərilməsi" çərçivəsində 26 iyul 2019-cu il tarixdə Neftçala Heydər Əliyev Mərkəzində həmin kateqoriyadan olan insanlarla görüşmüşdür. 

MAYAKİNFO-nun məlumatına görə, görüşün əsas məqsədi 20 Yanvar şəhidlərinin ailələri və əlillərinin sosial problemlərinin öyrənilməsi və həlli yollarının müəyyən edilməsində ənənəvi və müasir üsullardan istifadə edilməsindən, dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğının təbliğ olunması olub. Görüşdə 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailələri və əlil olmuş şəxslərlə yanaşı Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri və qazilər iştirak etmişdir. İctimai Birlik görüşdə iştirak edən şəxslərin problemlərini araşdırıb təkliflət paketi hazırlayaraq müəyyən dövlət qurumlarına təqdim etməyi planlaşdırır.