Neftçalada qəza törətmiş motosiklet sürücüsü dünyasını dəyişdi.

2019-08-02 Baxış: 1307
img

02.08.2019

Neftçala şəhərinin Bankə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. 

MAYAKİNFO-nun məlumatına görə, iyulun 30-da saat 19:00 radələrində Neftçala şəhər Bankə qəsəbə sakini R.Hüseynov idarə etdiyi Dnepr markalı motosikleti daş hasara vurmuşdur. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilsə də, iyulun 31-də orada dünyasını dəyişmişdir.

Faktla bağlı araşdırma aparılır.