Dənizdə güclü külək səbəbindən 700 nəfər təxliyə edilib

2019-08-05 Baxış: 946
img

05.08.2019

Güclü külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə edilib.

Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib. 

“30-35 metr/saniyədə külək gözlənildiyi üçün bütün işlər dayandırılıb və 700-ə yaxın işçi quruya təxliyə olunub”, - İ. Əhmədov qeyd edib.