Azərbaycanlı zəvvar Həcdə namaz qılarkən dünyasını dəyişdi.

2019-08-05 Baxış: 804
img

05.08.2019

Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib. 

Qafqaz Müsəlmanlar İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərhum 1950-ci il təvəllüdlü, Ağdam rayon sakini Bəhmən Məhəmməd oğlu Şükürovdur. O, ziyarətdə təvafını yerinə yetirəndən sonra namaz qılarkən ürək çatışmazlığından vəfat edib.

Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.