DİM ərizəsini təsdiq etməyən abituriyentlərə müraciət edib

2019-08-06 Baxış: 660
img

06.08.2019

Dövlət İmtahan Mərkəzi (DİM) ixtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş abituriyentlərə müraciət edib. 

MAYAKİNFO-nun DİM-ə istinadən verdiyi məlumata görə, 6 avqust saat 17.30-a olan məlumata əsasən 57 772 abituriyent (o cümlədən 12118 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 335 abituriyent isə ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib. 

Məlumatda qeyd edilib ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər. 

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlər qeyd olunan vaxtadək ərizələrini təsdiq etməlidirlər.