Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbərləri həbs edilib

2019-08-06 Baxış: 652
img

06.08.2019

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Mirkənan Seyidov və Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C.Məmmədov 5 il 3 ay, M.Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, "Baku news" saytının rəhbəri Mirkənan Seyidov və “infoplyus.tv” saytının rəhbəri Cəlal Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər. İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.