Odlu silahla Bakı sakininə xəsarət yetirən Salyan sakini saxlanılıb.

2019-08-07 Baxış: 795
img

07.08.2019

Avqustun 5-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Z.Sədiyevə odlu silahdan atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən R.Sadıqov saxlanılmışdır


MAYAKİNFO-nun məlumatına görə, Avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirmişdir.

Z.Sədiyev xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər BPİ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini R.Sadıqov saxlanılmışdır.