Vilayət Eyvazov Şəkidə 6 rayondan olan vətəndaşları qəbul edəcək.

2019-08-07 Baxış: 714
img

07.08.2019

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər-Rayon Polis Şöbəsində qəbul edəcəkdir.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.