Neftçala sakini yolu keçmək istəyən piyadanı avtomobillə vuraraq öldürüb.

2019-08-09 Baxış: 1386
img

09.08.2019

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


MAYAKİNFO xəbər verir ki, avqustun 8-də saat 14 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Neftçala rayon sakini Ə.Kərimov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Novruz Novruzovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.