İsmayıllıda avtomobil ağaca çırpılıb, keçmiş polis əməkdaşı ölüb

2019-08-09 Baxış: 653
img

09.08.2019

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:00 radələrində İsmayıllının İvanovka qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Arzu Mahmudov uzun müddət İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olub, yaxın aylarda təqaüdə çıxmışdı.