Neftçalada "VAZ-2106" aşdı, sürücü xəsarət aldı.

2019-08-12 Baxış: 1395
img

13.08.2019

Avqustun 12-si saat 11:45 radələrində Neftçala şəhər M.Ə.Sabir küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

MAYAKİNFO  xəbər verir ki, rayonun Yeniqışlaq kənd sakini Cəbrayıl Cavadov özünə məxsus 10-FD-190 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobili ilə qarşısında dönmə əməliyyatı etmək istəyən Ford Transit markalı avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan digər sərnişinlər yüngəl xəsarətləri alsalar da, sürücü ağır bədən xəsarətləri ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.