Neftçalada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası həyata keçirilib.

2019-08-13 Baxış: 813
img

13.08.2019
"UGEX xeyriyyə fondu" Qurban bayramı münasibətilə Neftçala rayonu ərazisində humanitar aksiya həyata keçirib.

MAYAKİNFO xəbər verir ki, Fond tərəfindən kəsilən qurbanlar Neftçala rayonunun 10 yaşayış məntəqəsində ( Neftçala şəhəri, Bankə, Xıllı, Həsənabad qəsəbələri, Mirqurbanlı, Aşağı Qaramanlı, Tatarməhlə, Qoltuq, Mayaq-2 , Söyüdlü kəndləri) yaşayan ahıllar, tənha və kimsəsiz sakinlər, xüsusi qayğıya ehtiyacı olan insanlar və imkansız ailələr olmaqla 150 ailəyə paylanmışdır. Bundan əlavə 30 ailəyə ərzaq payı da verilmişdir. 

Qeyd edək ki, "UGEX xeyriyyə fondu" Neftçala rayonunda fəaliyyət göstərir və fond tərəfindən mütəmadi olaraq rayon ərazisində bu cür xeyriyyə aksiyaları həyata keçirilir.